XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

11 Avqust 2018 - 17:19

ABŞ-İran rəhbərləri görüşməyəcək –Cavad Zərif bu barədə xəbərləri yalanladı

“ABŞ rəsmiləri, o cümlədən də Dövlət katibi Mayk Pompeo ilə heç bir görüş planlaşdırılmır”.

Strateq.az xəbər verir ki, “Reuters”-in avqustun 11-də verdiyi məlumata görə, bunu BMT Baş Assambleyasının toplantısı çərçivəsində İranın xarici işlər naziri Cavad Zərif deyib.

İran prezidenti Həsən  Ruhani bundan əvvəl ABŞ-ın heç bir şərtsiz danışıqlara getmək çağırışını rədd edib.

Qeyd edək ki, Vaşinqton bu çağırışdan bir neçə saat öncə İrana qarşı sanksiyaları bərpa edib. ABŞ prezidenti Donald Tramp bu ilin mayında ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və ona qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.

ABŞ-ın bu addımı İran iqtisadiyyatına cidi zərbə vurub, ölkənin milli valyutası real dollara nisbətdə dəyərinin demək olar ki, yarısını itirib.

Bu, son aylar ölkədə kütləvi etirazlara da səbəb olub. ABŞ-ınİrana qarşı sanksiyaları avqustun 7-nə keçən gecədən qüvvəyə minib. Amma İranla həmin nüvə sazişinə imza atan digər ölkələr-Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin sazişə əməl edəcəklərini bəyan ediblər.

Avropa Birliyi öz şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq üçün artıq yeni qanun da qəbul edib.