XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 11:44

Merkel:"Avropa İttifaqında qaçıqn qəbulu sistemi işləmir"

Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir.

Strateq.az “Report”-a istinadən  xəbər verir ki, o bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib.

Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz ərazisindən keçirib Avropaya ötürən və onların qaçqın düşdüyü dövlətlərlə fəal danışıqlar aparmaq lazımdır.

“Afrika haqqında danışmağımız kifayət etmir, biz Afrika ilə danışmalıyıq”, – deyə o bildirib.