XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 22:11

Yaponiya və Çin liderləri bir-birini təbrik ediblər- Dostluq haqqında müqavilənin 40 illiyi ilə əlaqədar

Avqustun 12-də Yaponiyanın Baş naziri Şinzo Abe və Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan iki ölkə arasında dostluq haqqında müqavilənin 40-cı ildönümü münasibətilə bir-birinə təbrik məktubu göndəriblər.

Ş.Abe məktubunda qeyd edib ki, Yaponiya və Çin regionda və dünyada sülhün bərqərar olması və ümumi inkişaf üçün çox böyük məsuliyyəti bölüşürlər. Baş nazir əlavə edib ki, o, beynəlxalq ictimaiyyətin ümidlərini doğruldaraq, iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Ş.Abe, həmçinin yazıb ki, iki ölkə arasında münasibətlərin yeni səviyyəyə qaldırılması üçün cari ildə Çinə planlaşdırılan səfərini səbirsizliklə gözləyir.

Çinin Dövlət Şurasının Baş naziri Li Keçyan isə məktubunda bildirib ki, iki ölkənin mövqelərindəki fərqlərə baxmayaraq, Çin möhkəm, sabit və uzunmüddətli ikitərəfli əlaqələrin inkişafına töhfə verməyə davam edəcək.

L.Keçyan əlavə edib ki, Ş.Abe ilə Pekində tezliklə baş tutacaq görüşü məmnuniyyətlə gözləyir(azərtac).