XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 January 2016 - 12:59

Suriya danışıqları “dalana dirəndi” – Əsas iştirakçılardan biri Cenevrəyə getmir

517519Suriyadakı vətəndaş müharibəsində sülh əldə edilməsi üçün yeni cəhdlərə start verilib. Bu gün İsveçrənin Cenevrə şəhərində Bəşər Əsədin nümayəndələri ilə müxalifətçi qruplar arasında uzun zamandan bəri gözlənilən sülh danışıqlarının keçirilməsi nəzərdə tutulur.

Lakin əsas müxalifət qruplarından biri olan Müxalifət Birliyi BMT-nin himayəsi altında hazırlanan Cenevrə danışıqlarına qatılmayacağını elan edib. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən müxalifət komitəsinin koordinatoru Riad Hicab buna səbəb kimi hökumətlə aparılan danışıqlarda indiyədək heç bir uğurun əldə edilməməsi və onların irəli sürdüyü humanitar tələblərin icra olunmamasını göstərib.

Bu həftənin bazar ertəsi başlamalı olan danışıqlar hər gün təxirə salınır və hansı qruplaşmanın Suriya müxalifəti adından danışmaq haqqına sahib olması barədə mübahisələr səngimir. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mitsura Suriya xalqına ünvanlanmış videomüraciətində münaqişə tərəflərini ölkədə qan tökülməsini dayandırmaq üçün yaranmış tarixi fürsətdən istifadə etməyə və danışıqlar masası arxasında toplanmağa dəvət edib(Azərtac).