XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 11:01

“Barselona”nın azarkeşlərini daşıyan avtobus qəzaya düşüb:12 nəfər ölüb

Ekvadorda yerli “Barselona” klubunun azarkeşlərinin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un TASS-a istinadən verdiyi məlumata görə, faciəvi olay Kuenkidən Quyakilə gedən yolda qeydə alınıb. Fanatlar komandanın səfər oyunundan qayıtdıqları vaxt avtobus yoldan çıxaraq aşıb. Nəticədə ən azı 12 nəfər ölüb, daha 30-u yaralanıb.

“Barselona”nın Quyakildəki ev arenasında müvəqqəti kilsə qurulub. Orada insanlar ölənlərin xatirəsini yad edə bilərlər.