XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 13:21

Türkiyə Mərkəzi Bankı milli valyuta ilə bağlı qərarını açıqlayıb- Banklara süni məzənnə artımının qarşısını almaq tapşırılıb

Türkiyənin milli valyutası olan lirənin məzənnəsi ABŞ dolları və avro ilə müqayisədə sürətlə aşağı düşür.

Azərtac xəbər verir ki, bununla əlaqədar Türkiyə Mərkəzi Bankı qəbul etdiyi qərarı açıqlayıb.

Bildirilir ki, ölkədə fəaliyyət göstərən banklara lirə və xarici valyuta ilə yardım göstərmək, bazarı pul vahidləri ilə təmin etmək, süni məzənnə artımının qarşısını almaq və s. tapşırılıb.

Hazırda Türkiyənin Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 6.89 lirəyə dəyişdirilir. Qara bazarda isə bir dollar təxminən 7 lirədən baha alınır.