XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Avqust 2018 - 18:43

Lukaşenko istefaya göndərilmiş nazirə zavodda işləməyi təklif etdi- İki məmura da xəbərdarlıq etdi

Belarus prezidenti Aleksandr Lukaşenko sənaye naziri Vitali Vovku və memarlıq və inşaat naziri Anatoli Çernovu istefaya göndərib.

“Report” “BelTA”ya istinadən xəbər verir ki, prezident bu barədə qərarını Orşa rayonunun kompleks inkişafı üzrə keçirilən iclasında verib.

A.Lukaşenko daha çox sənaye naziri Vitali Vovkdan narazı qalıb və onu Orşa alət zavoduna işləməyə göndərməyi təklif edib.

A.Lukaşenko həmçinin Dövlət Hərbi Sənayə Komitəsinin sədrinə və Təhlükəsizlik Şurasının dövlət katibinə vəzifələrini layiqincə yerinə yetirmədikləri haqqında xəbərdarlıq edib.