XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 10:31

6 yaşlı uşağı ildırım vurub öldürdü- Rusiyada

Rusiyanın Tümen vilayətində 6 yaşlı uşaq ildırım vurması nəticəsində ölüb.

Trend-in məlumatına görə, uşağın meyiti Şuçyo kəndi yaxınlığında otlaq sahədə tapılıb.

Uşağın ölümü ilə bağlı Rusiya Federasiyasının Tümen vilayəti üzrə İstintaq komitəsi araşdırmaya başlayıb. Uşağın doğmaları dindirilir.

Məhkəmə-tibbi ekspertiza təyin edilib.