XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Yanvar 2016 - 11:50

Rusiyada dollarla kredit götürənlərə yardım ediləcək

rusiya

Rusiya hökuməti xarici valyutada ipoteka krediti götürən və maliyyə vəziyyəti pisləşən vətəndaşlara yardım proqramını işə salır.

Bu barədə Rusiyanın baş naziri Dmitriy Medvedev açıqlama verib.
“Xarici valyutada ipoteka krediti götürən və çətin vəziyyətdə olan vətəndaşlara köməklə bağlı xüsusi proqram işə salınıb və bunun üçün 4,5 mlrd. rubl (60 mln. dollar) vəsait ayrılıb”, – Medvedev bildirib.

Hökumət başçısı bildirib ki, bu pullar Mənzil Krediti İpoteka Agentliyinin və yaşayış sahəsinin İnkişafı Fondunun birləşdirilməsi nəticəsində struktura daxil olub.

“Onlar müxtəlif kreditorlara yardıma yönləndiriləcək”, – baş nazir bildirib.
Bu gün səhər 30 valyuta ipotekaçısı uşaqları ilə bərabər Nordea bankın Moskva filialının qarşısında piket keçiriblər. Xarici valyutada ipoteka götürənlərin köhnə məzənnə ilə ödəniş etməsi üçün müraciət ediblər.

Fins.az