XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 17:17

Ermənistandan 14 milyard dollar oğurlanıb –Yeni hökumət offşorlara daşınan pulları geri qaytarmağa çaılışır

Ermənistanın yeni hökuməti ötən illər ölkədən qanunsuz çıxarılmış pulların, heç olmasa, bir hissəsini Dünya Bankının köməyilə qaytarmağa ümid edir. Baş nazirin müavini Ararat Mirzoyan bir neçə gün öncə Dünya Bankına məktub göndərərək prosesə başlamağı xahiş edib.

Hökumətin iqtisadi problemləri öyrənən xidmətinin rəhbəri Qor Tsarukyan radioya deyib ki, bundan ötrü Dünya Bankı BMT ilə birlikdə STAR alətini yaradıb. Onun vasitəsilə ikinci ölkənin hüquq-mühafizə orqanları pulları qanunsuz çıxarmış şirkəti aşkarlaya və bir neçə prosedur vasitəsilə onları geri qaytara bilər.

Tsarukiyan Global Financial Integrity beynəlxalq təşkilatının məlumatlarına istinad edib. Həmin qurum bildirir ki, 2004-2017-ci illərdə Ermənistandan qanunsuz şəkildə 6-14 milyard dollar çıxarılıb. Müqayisə üçün, 2017-ci ildə Ermənistanda ÜDM cəmi 11,5 milyard dollar olub.

“Bunlar müxtəlif mexanizmlərlə, pulyuma məqsədilə də çıxarıla bilər, yəni ola bilsin, hökumət təmsilçiləri çıxarmayıb. Yaxud ofşor hesablara qanunsuz köçürülmüş pullar ola bilər. Bir variant da odur ki, pullar qanuni yolla çıxarılıb, amma Ermənistanda əldə olunma mexanizmləri qanuni deyil. Bunlar fərqli situasiyalardır”,– Tsarukyan deyib.

“Ermənistanın əvvəlki hakimiyyətlərinin pulların çıxarılmasında günahı varmı?” Hökumət təmsilçisi bu sualı belə cavablandırıb: “Daha ardıcıl davransaydlar, söhbət 6-14 milyard dollardan getməzdi”.

İqtisadçı Vaagn Xaçatryan “Azadlıq” radiosuna müsahibəsində yeni hökumətin təşəbbüsünü alqışlayıb. Onun fikrincə, qanunsuz çıxarılmış pullar hesabına Ermənistanın xarici borcunu ödəmək olardı. İqtisadçının sözlərinə görə, öncəki hakimiyyəti bu rəqəmlər maraqlandırmayıb, əks halda tədbir görərdilər.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan apreldə küçə etirazları nəticəsində baş nazir postundan getməli oldu. Nikol Pashinyan mayın 8-də baş nazir seçildi. Bundan sonra hökumət korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirib. Elə Sarkisyanın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.

STAR bildirir ki, son 20 ildə onun sayəsində Filippin hakimiyyəti 1 milyard dollarını qaytara bilib. 2007-ci ildə Peru hakimiyyəti ofşor zonalardan 174 milyon dolları qaytarıb. Nigeriya isə İsveçrə banklarından 700 milyon dollarını geri alıb.

(Azadlıq radiosu)