XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

15 Avqust 2018 - 20:12

Əfqanıstanın paytaxtında daha bir güclü terror hadisəsi oldu –48 nəfər ölüb, 67 yaralı var

Əfqanıstanın paytaxtı Kabildə tədris müəssisəsi yaxınlığında partlayış törədilib.

Hadisə nəticəsində ölənlərin sayı 48-ə çatıb,  yaralı sayı isə 67 nəfərə yüksəlib.

Partlayışı intiharçı terrorçunun törətdiyi bildirilir. Hələlik partlayışla əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.

Qeyd edək ki, bu, gün ərzində Əfqanıstanda baş vermiş üçüncü partlayışdır. Səhər saatlarında müxtəlif əyalətlərdə baş vermiş partlayışlar 10 nəfərin həyatını aparıb/Trend.