XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 15:30

Paşinyan 100 günlüyünü meydanda keçirəcək –Baş nazir sosial şəbəkədə tərəfdarlarına müraciət edib

Ermənistanın baş naziri Nikol Paşinyan sabah – avqustun 17-də Yerevandakı Respublika meydanında mitinq və yürüş keçirməyi planlaşdırır.

Tədbirlər Paşinyanın baş nazir postunda 100 gününün bitməsi münasibətilə nəzərdə tutulur.

Düşünürəm ki, sabah Respublika meydanına Yerevanın rayonlarının birindən yürüşlə gələk, inqilab günlərində etdiyimiz kimi. Siz necə fikirləşirsiz?” – Paşinyan bu gün “Facebook” səhifəsində yazıb.

Xatırladaq ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan apreldə küçə etirazları nəticəsində baş nazir postundan getməli oldu. Nikol Paşinyan mayın 8-də baş nazir seçildi. Bundan sonra hökumət korrupsiyayla mübarizəyə başlayıb.

Hökumətimizin fəaliyyətinin 100 günü tamam olan kimi yeni etapa daxil oluruq, bunun əsas mənası islahatların sürətləndirilməsidir”– “Azadlıq” radiosunun məlumatına görə, Pashinian bunu bu gün hökumətin iclasında əvvəlində deyib:

“Hökumətimizin 100 günü ərzində əsas vəzifəmizi yerinə yetirdik – ölkədə həyatın normal axarını, inqilabdan sonrakı dönəmdə iqtisadiyyatın normal, fasiləsiz inkişafını təmin etdik. Fikrimcə, yüzgünlük perioddan sonra yeni mərhələyə giririk və əsas məqsəd islahatların sürətləndirilməsidir, yəni sürətli və səmərəli islahatlar aparmaqdır ki, ölkə və iqtisadiyyat üçün yeni, ikinci nəfəs açılsın, büdcə müzakirələri kontekstində konkret perspektivləri, nəticələri müəyyənləşdirə bilək”.

Paşinyan ümidini bildirib ki, bu 100 gün ərzində toplanmış vəsait və enerji onlara bütün tapşırıqları səmərəli həll etmək imkanı verəcək.

Paşinyan hakimiyyətə gələndən sonra korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirilib. Keçmiş prezident Serj Sarkisyanın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.

Keçmiş prezident Robert Koçaryan 2008-ci ildə prezident seçkisindən sonrakı zorakı hadisələrlə əlaqədar saxlansa da, sonradan məhkəmənin qərarıyla azadlığa buraxılıb.

(Azadlıq radisou)