XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 19:22

“Rusiya hələ də Trampın vədini yerinə yetirəcəyinə ümid edir” –"Bloomberg"

“Rusiya hələ də ABŞ prezidenti Donald Trampın rəsmi Vaşınqtonla Moskva arasındakı əlaqələri yaxşılaşdıracağı ilə bağlı vədini yerinə yetirəcəyinə ümid edir”.

Bunu “Bloomberg” agentliyinə açıqlamasında Rusiya rəhbərliyinə yaxın olan, amma adını açıqlamaq istəməyən rəsmilər bildiriblər.

Onların sözlərinə görə, Kremldə hesab edirlər ki, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyinə dair Konqressə daxil olmuş qanun layihələrinin prezident Donald Trampla heç bir əlaqəsi yoxdur: “Hamı anlayır ki, D.Tramp Konqressin addımlarına reaksiya verməli idi və o, bu addımların qarşısının alınmasını vacib sayır”. 

Agentlik yazır ki, Rusiya hələ ki, yaranmış vəziyyətlə bağlı gözləmə mövqeyindədir və yalnız “qəzəbli ritorika” ilə kifayətlənir. Kreml inanır ki, D.Trampın Rusiya prezidenti Vladimir Putinlə münasibətləri yaxşıdır və o, ikitərəfli münasibətləri düzəltmək istəyir/Report.