XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

16 Avqust 2018 - 22:19

Hindistanda son 100 ilin ən dağıdıcı daşqını oldu: rayonlar su altında qaldı –Ölənlərin sayı 100-ə yaxınlaşıb

 

Avqustun 8-dən 16-dək olan dövrdə Hindistanın Kerala ştatında daşqınlar nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, daşqınlar nəqliyyat və təhsil müəssisələrinin işini iflic edib.

Keralanın baş naziri Pinarayya Vicayan ölkənin baş naziri Narendru Modini ştata əlavə yardım göstərməyə və daha çox hərbçi və vertolyot ayırmağa çağırıb.

Kerala ştatı ötən həftənin ortalarından musson yağışlarının mərkəzinə çevrilib. Təbii fəlakət daşqın, sel və sürüşmələrə səbəb olub, hətta bütöv rayonlar su altında qalıb.

Vicayan bildirib ki, cari ildə region təqribən son 100 ilin ən dağıdıcı musson yağışları ilə üzləşib/Report.