“İŞİD İraqdan geri çəkilir”
Strateq.az xəbər verir ki, bunu Fransanın Müdafiə naziri Jean-Yves Le Drian LCI televiziyası və RTL radiosuna verdiyi ortaq müsahibəsində dilə gətirib.
Le Drian bunun səbəbini Fransanın və digər koalisiya qüvvələrinin hərbi əməliyyatlarda aktiv iştirakıyla əsaslandırıb: “Bir neçə gündür keçirdiyimiz hava hücumlarında İŞİD hədəflərini 22 dəfə vurduq. Parisdəki hücumlardan bu yana hava əməliyyatlarını iki dəfə artırdıq”.
İŞİD-lə daha effektli mübarizə üçün Liviya böhranına da siyasi çözüm gətirilməsinin vacibliyinə inanan nazir Avropa ölkələrinin ayıq-sayıq olmağa çağırıb: “Liviya məsələsində 2014-cü ilin sentyabrından bu yana çox narahatam. Liviyadakı İŞİD-cilər Lampedusa adasının 350 kilometr uzaqlığındadırlar. Bu döyüşçülərin Avropaya qaçan mühacirlərə qarışması kimi əhəmiyyətli risklər mövcuddur”.