XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

31 Yanvar 2016 - 17:23

Rusiya təyyarələri Türkiyə sərhədini bombaladı – Əsəd ordusu müxaliflərdən daha bir qəsəbəni geri aldı

teyyareSuriya ordusu rus hərbi təyyarələrinin yardımı ilə Türkiyə sərhəddində yerləşən strateji qəsəbəni müxaliflərdən azad edib.

Məlumata görə, ordu Lazkiyə şəhərinin şimal-şərqindəki Navara qəsəbəsini ələ keçirib.

Rusiya bombardmanı nəticəsində xeyli sayda itki verən müxaliflər Türkiyəyə qaçıb(Axar.az).

Xatırladaq ki, strateji əhəmiyyətə malik olan Navara qəsəbəsi 2012-ci ildə müxaliflər tərəfindən ələ keçirilmişdi.

Onu da qeyd edək ki, Navaradan başqa, Hələbin şərqindəki Tel Maksur qəsəbəsi də Əsəd qüvvələri tərəfində İŞİD-dən azad edilib.