XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 18:56

Vaşinqton İranla bağlı işçi qrup yaradır –ABŞ dövlət katibi bu gün açıqlama verəcək

 

ABŞ dövlət katibi Amerikanın İran siyasəti ilə bağlı işçi qrupunun yaradılacağını bildirib.

Bu, Tramp administrasiyasının İslam Respublikasını davranışını dəyişmək üçün göstərdiyi təzyiqlər vaxtına təsadüf edir. Dövlət Departamentinin bildirdiyinə görə, Mayk Pompeo fəaliyyət qrupu barədə bu gün açıqlama verməldir. Rəsmilər qrupa hazırda Dövlət Departamentinin siyasi planlaşdırma şöbəsinin direktoru Brayan Hukun rəhbərlik edəcəyini bildirib.

Hukun Tramp administrasiyasının ABŞ-ın may ayında razılıqdan çıxmasından öncə avropalı müttəfiqləri ilə İranla əldə edilən nüvə sazişi ilə bağlı müzakirələri nəticə verməmişdi.

ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla dünya qüdrətləri arasında Tehranın nüvə proqramını məhdudlaşdırılması müqabilində ölkə iqtisadiyyatına böyük zərər vuran tədbirlərin götürülməsini nəzərdə tutan razılaşmaya əsasən aradan qaldırılmış sanksiyaları yenidən bərpa edib.

Bu sanksiyalar İranın avtomobil sektoru, qızıl və digər qiymətli metallar ticarəti, İran rialı və digər maliyyə transaksiyalarını hədəf alıb.

Tramp İranı noyabrın 5-də ölkənin enerji transaksiyaları və xarici maliyyə qurumlarının İranın Mərkəzi Bankı ilə keçirdiyi əməliyyatları hədəf alan yeni sanksiyalarla təhdid edib. (Amerikanın Səsi)