XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 00:30

Tramp sabiq müşavirinin məhkəməsindən narazıdır:“Bu, çox kədərlidir...”

Andlılar heyəti ABŞ Prezidentinin sabiq kampaniya rəhbəri Paul Manaforta veriləcək hökmü nəzərdən keçirirkən, Donald Tramp məhkəməni “kədərli” adlandırıb.

“Hesab edirəm ki, əgər orada baş verənlərə baxsaz, Manafortun bütün məhkəməsi çox kədərlidir,” – Tramp cümə günü Ağ Evdə müxbirlərə deyib. “O, mənim üçün çox qısa müddətə işləyib,” – deyə Tramp əlavə edib “amma bilirsiz nə var? O, çox yaxşı insandır. Və onların Paul Manaforta etdikləri çox kədərlidir.

6 kişi və 6 qadından ibarət andlılar heyəti cümə axşamı Virciniyada 7 saat müzakirə edərək hakimdən dörd sual soruşublar. Suallar içərisində “ağlabatan şübhə” anlamına aydınlıq gətirilməsi yer alıb. ABŞ qanunlarına əsasən müttəhimin günahı “ağlabatan şübhə”-ni tam şəkildə adlamalıdır. Əks təqdirdə müttəhim təqsirli tapıla bilməz. Digərləri vergilər və bank fırıldaqçılığı ilə bağlı suallar səsələndiriblər.

Günün əvvəlində Hakim T.S. Ellis bağlı qapılar arxasında məşvərətə başlamazdan oncə jüri üzvlərinə öz təlimatlarını verib. Amerikada məhkəmə ənənəsi ağır cinayətlərin mühakiməsində 12 vətəndaşın qənaəti əsasında hökm çıxarılmasını təsbit edir.

İttihamçılar və müdafiə vəkilləri arqumentlərini çərşənbə günü tamamlayıblar.

Ittihamçılar Manafortun “yalan dolu həyatı boyu” dəbdəbəli imarətlər, bahalı kostyumlar, lüks maşınlar və digər zinətli əşayalara yüksək məbləğdə pul xərclədiyini deyiblər. (Amerikanın Səsi)