Suriyanın Birləşmiş Millətlər Təşkilatının (BMT) daimi nümayəndəsi səfir Bəşər əl-Cəfəri Rojavada (Suriyanın şimalında) federalizmin bir xəyal olduğunu bildirərək, maraqlı təklifdə bulunub: “Suriyanı bölmək istəyənlər getsin, “Panadol” (qızıdırmasalan dərman) atsın və bu xəyaldan xilas olsunlar”
Strateq.az xəbər verir ki, Cenevrə – 3 Konfransına qatılan Suriya hökuməti nümayəndə heyətinin başçısı Bəşər əl Cəfəri, Suriyanın ərazi bütövlüyünün qorunması şərtiylə dialoqlara qatıldıqlarını da ifadə edib.
Şimali İraq kürd muxtariyyatına aid mətbuat orqanı olan “Rudaw”-ın müxbirinin bir sualını cavablandıran Bəşər Əl Cəfəri həmçinin deyib: “Suriyanın suverenliyinin və müstəqilliyinin qorunması təməl şərtlərimizdəndir. Bu, çox açıqdır. Bunlar eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Suriya haqqındakı 13-ci maddəsində yer alır “.
Öz dövlətinin torpaq bütünlüyündən güzəştə getmək istəməyən rəsmi Dəməşqin bu məsələdə mövqeyi Türkiyənin milli maraqlarıyla tamamilə üst-üstə düşür. Bu səbəbdən də Cenevrə danışıqlarında Suriyadakı mövcud rejimi təmsil edən diplomatın bu fikirlərini oxuyandan sonra adam rəsmi Ankaranın Bəşər Əsədə qarşı yürütdüyü siyasəti anlamaqda çətinlik çəkir.