XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2018 - 14:02

Ev dustağı olan şəxslər elektron bilərzik vasitəsi ilə izlənəcək- Rusiyada

Rusiyada Qlonass sistemi və elektron bilərziklər ev dustaqlığında olan şəxslərə nəzarəti təmin edəcək. Müvafiq texniki nəzarət vasitələri və onlardan istifadə qaydaları Rusiya hökuməti tərəfindən təsdiqlənib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, baş nazir Dmitri Medvedyev “Şübhəli və ittiham olunan şəxslərin ev dustağı şəklində profilaktik tədbirlərin icra yerində onun məhkəmə tərəfindən müəyyən olunmuş qadağaya və ya məhdudiyyətlərə əməl etməsinə nəzarət məqsədilə audiovizual, elektron və digər texniki nəzarət vasitələrindən istifadə qaydaları haqqında” qərar imzalayıb.

Əsasən bu məqsədlə elektron bilərzikdən – “şübhəli və ya ittiham olunan şəxsə məsafədən yerini müəyyən etmək və izləmək məqsədi ilə taxılan, bədəndə uzun müddət gəzdirmək üçün nəzərdə tutulan (3 aydan çox) və korpusunun icazəsiz çıxarılmasına və sökülməsinə nəzarət sistemi quraşdırılan elektron qurğu”dan istifadə olunacaq.

Qeyd edək ki, “elektron qandallar” Rusiyada 2009-cu ildən tətbiq edilir.