XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 14:56

“Moody’s” və “Standart&Poors” Türkiyənin kredit reytinqini aşağı salıb

Beynəlxalq reytinq agentlikləri olan “Moody’s” və “Standart&Poors” (S&P) Türkiyənin kredit reytinqini aşağı salıb.

“Report” xəbər verir ki, bu barədə hər iki agentlik birgə məlumat yayıb.

S&P-dən bildirilib ki, Türkiyənin uzunmüddətli xarici valyutada kredit reytinqi “BB-”dan “B+”a, uzunmüddətli milli valyutada olan kredit reytinqi isə “BB”dən “BB-“a endirilib. Ölkənin reytinq üzrə proqnozu isə sabit olaraq saxlanılıb.

Bundan əlavə “S&P” Türkiyənin qısamüddətli yerli və xarici valyutalardakı kredit reytinqini “B” səviyəsində müəyyən edib.

Agentlikdən bildirilib ki, əgər hökumət iqtisadi proqramları uğurla həyata keçirsə, həmçinin inflyasiyanı nəzarətə alsa, bu kredit reytinqinin yenidən artmasına şərait yarada bilər.

Türkiyənin kredit reytinqini “Ba2″dən “Ba3″ə salan “Moody’s” ölkənin kredit reytinqi üzrə proqnozunu da “neqativ” olaraq müəyyən edib.

Bu agentlik də iqtisadi proqramların uğurla yerinə yetirilməsinə və inflyasiyanın idarə edilməsinə nail olunduğu təqdirdə kredit reytinqinin yüksəldilə bilinəcəyini açıqlayıb. Həmçinin “Moody’s”də hesab edirlər ki, xarici investisiyaların cəlbi və cari büdcə kəsirinin aşağı salınması da rəsmi Ankaranın kredit reytinqini yüksəltməyə imkan verə bilər.