XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 15:37

Belarusa yeni baş nazir təyin olunub- Lukaşenko fərman imzalayıb

Sergey Rumas Belarusun yeni baş naziri təyin olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bunula bağlı fərmanı ölkə prezidenti Aleksandr Lukaşenko imzalayıb.

S.Rumas əvvəllər Belarusun İnkişaf Bankının rəhbəri vəzifəsində işləyib.

O, hökumət başçısı vəzifəsində Andrey Kobyakovu əvəz edəcək.

A.Lukaşenko Nazirlər Kabinetinin bir neçə üzvünü də dəyişib. Ölkə başçısının fərmanı ilə Dmitri Krutoy iqtisadiyyat naziri, Dmitri Mukulyonok memarlıq və tikinti naziri, Konstantin Şulqan rabitə və informasiya naziri, Roman Qolovçenko isə Dövlət Hərbi-Sənayə Komitəsinin sədri təyin olunublar.

Qeyd edək ki, A.Lukaşenko avqustun 14-də hökumətin işini sərt tənqid edərək bir neçə naziri vəzifədən azad etmişdi.