XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

18 Avqust 2018 - 23:16

Qanada bir həftəlik matəm elan edilib- Kofi Annanın vəfatı ilə bağlı

Qana Prezidenti Nana Akufo-Addo BMT-nin sabiq Baş katibi Kofi Annanın vəfatı ilə əlaqədar avqustun 20-dən başlayaraq dövlətin ərazisində və ölkənin diplomatik missiyalarında bayraqların bir həftə endirilməsi barədə göstəriş verib.

Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə məlumat dövlət başçısının saytında yerləşdirilib.

Prezident Kofi Annanın ailəsinə və yaxınlarına “böyük itki” ilə əlaqədar başsağlığı verib. Onun sözlərinə görə, Annanın həyat yoldaşı diplomatın dünyadan “sakit, yuxuda ikən” köçdüyünü deyib. Dövlət başçısı qeyd edib ki, Annan BMT-nin Baş katibi postunda və beynəlxalq arenada fəaliyyəti sayəsində Qanaya “xeyli məşhurluq” qazandırıb.

Xatırladaq ki, Kofi Annan qısa sürən xəstəlikdən sonra avqustun 18-də 80 yaşında dünyasını dəyişib. O, 1997-ci və 2001-ci illərdə iki müddətə BMT-nin Baş katibi seçilib və Nobel Sülh Mükafatına layiq görülüb.