XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

19 Avqust 2018 - 15:24

İŞİD terrorçuları ABŞ əsgərlərinə hucum edib –Suriyada

İŞİD terror təşkilatının üzvləri Suriyanın İraq ilə sərhədi yaxınlığındakı Deyrizor şəhərində ölkənin ən böyük neft yatağını ələ keçirmək üçün ABŞ əsgərlərinə hücum ediblər.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, terrorçular bomba yüklü nəqliyyat vasitələri ilə ABŞ əsgərlərinin bazalarına hücum ediblər. Hücumun qarşısını almaq üçün ABŞ-ın liderliyi ilə koalisiya qüvvələri terrorçulara havadan zərbələr endiriblər.

Silahlı qarşıdurma nəticəsində İŞİD üzvlərindən bir çoxu məhv edilib. Bununla yanaşı, bir mülki şəxs həlak olub, beşi isə xəsarət alıb.