XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 10:01

Xarkov Şəhər Şurasına silahlı basqın olub –Ölənlər var

Avqustun 19-dan 20-nə keçən gecə Ukraynanın Xarkov Şəhər Şurasının binasına silahlı basqın olub.

AZƏRTAC-ın Ukrayna Milli Polisinə istinadən verdiyi məlumata görə, gecə 1:00 radələrində silahlı şəxs Xarkov Şəhər Şurasının mühafizəçini yaralayaraq binaya daxil olub.

Hadisə yerinə gələn polis qüvvələrinə qarşı silahlı müqavimət göstərilib, nəticədə bir polis ağır yaralanıb.

Silahlı şəxs əmrə tabe olmadığından polislər tərəfindən məhv edilib. Yaralanan polis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.