XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 11:03

“Taliban” dəstələri üç avtobusu ələ keçirib –150-dən çox sərnişin girov götürülüb

“Taliban” hərəkatının yaraqlıları 150-dən çox sərnişin daşıyan üç avtobusu ələ keçiriblər.

TASS informasiya agentliyi  xəbər verir ki, hadisə Qunduz vilayətinin Xan Abad rayonunda baş verib. Sərnişinlərin xilas edilməsi üçün hökumət əraziyə qoşun yeridib. Qunduz vilayətinin təhlükəsizlik qüvvələrinin nümayəndəsi Safiullah Mahzanın sözlərinə görə, oğurlanmış sərnişinlər Nikpe kəndindədir.

Qeyd edək ki, avqustun 19-da Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar atəşkəs elan edib.