XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 18:01

Ermənistanın müdafiə naziri Rusiyaya gedib –Foruma

 

Ermənistanın müdafiə naziri David Tonoyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib.

Bu barədə “Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir. Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, D.Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti “Armiya-2018” beynəlxalq hərbi-texniki forumun və “Milli təhlükəsizlik həftəsi” forumunun açılış mərasimində iştirak edəcək.

Ermənistan müdafiə naziri səfər zamanı həmçinin bir sıra işgüzar görüşlər keçirmək niyyətindədir.