XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 13:11

Sarksyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi –Narek nələrdə ittiham olunur?

Ermənistanın sabiq prezidenti Serj Sarksyanın qardaşı oğlu Narek Sarksyan beynəlxalq axtarışa verilib.

TASS xəbər verir ki, bu barədə respublika polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, daha əvvəl Sarksyan və onun mühafizəçisi Narekin mənzilində həyata keçirilən axtarış zamanı aşkar edilən silah və narkotik maddə saxlama ittihamı ilə o, Ermənistan daxilində axtarışa verilib.

Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmçinin Sarksyanın yaxın dostunu da saxlayıb, ondan içərisində narkotik vasitələr və tapança olan çemodan müsadirə edilib/Report.