XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 15:13

“Taliban” 160 girovu azadlığa buraxdı –20 əsgər isə hələ də əsirlikdədir

Əfqanıstan hökumətinin məlumatına əsasən, ölkənin təhlükəsizlik qüvvələri “Taliban” hərəkatı döyüşçülərinin girov götürdüyü 3 avtobusun sərnişinlərindən ibarət 160 dinc sakinin azad edilməsinə nail olub.

Xarici KİV-lər xəbər verir ki, bununla yanaşı, Əfqanıstan ordusunun 20 əsgəri taliblərin əsirliyində qalıb.

Xatırladaq ki, avqustun 20-də silahlılar Əfqanıstanın şimalında, Qunduz əyalətinin Xan Abad rayonunda 3 avtobusu ələ keçirmişdi. Hadisənin ardından “Taliban” hərəkatının nümayəndələri avtobusdakı dinc sakinlərin azad ediləcəyini, sərnişinlərin arasında olan hərbçilərin isə əsir saxlanılacağını bildirmişdi/Modern.az