XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 19:41

Rusiya S-400 raketlərini Türkiyəyə gələn il verəcək-Rosoboronexport dollarla satışı dayandırır

 

Rusiyanın dövlət silah ixracatçısı Rosoboronexpor bildirib ki, təkmilləşdirilmiş S-400 raket sistemləri Türkiyəyə 2019-cu ildə çatdırılacaq. Rosoboronexport habelə avqustun 21-də bildirib ki, müştərilərə dollarla satışı dayandıracaq və alqı-satqının yerli valyutalarda icra olunmasına imkan yaradacaq.

Bu bəyanat Türkiyənin milli valyutası lirənin qiymətdən düşdüyü və Ankaranın Vaşinqtonla münasibətlərinin son dərəcə pisləşdiyi vaxta təsadüf edir.

Prezident Rəcəp Tayyip Ərdoğan avqustun 20-də demişdi ki, onun ölkəsindəki valyuta böhranına səbəb Türkiyə iqtisadiyyatının “hücum” altında olmasıdır.

Vaşinqton NATO üzvü olan Türkiyənin Rusiyada istehsal olunan S-400 raketlərini almaq niyyəti ilə bağlı narahatlığını ifadə edib. ABŞ bildirir ki, bu raketlərin Türkiyədə qurulması F-35 qırıcıları da daxil bu ölkədəki bir sıra ABŞ silahlarını təhlükə altında qoyur.

Bundan başqa Birləşmiş Ştatlar Türkiyədə Amerika keşişinin saxlanması ilə bağlı Ankara üzərinə sanksiyalar elan edib. Vaşinqton habelə Türkiyədən idxal rüsumlarını ikiqat artırıb.

Ərdoğan deyib ki, Türkiyədə valyuta böhranını yaradanlar Türkiyəni və onun xalqını diz çökdürmək istəyirlər.

O əlavə edib ki, Türkiyə bu böhrana üstün gəlmək üçün güc və qabiliyyətə malikdir.

ABŞ prezidenti Donald Tramp-ın ötən həftə imzaladığı müdafiə xərcləri qanunu F-35 qırıcılarının satışının ləngidilməsini nəzərdə tutur. ABŞ millət vəkilləri Türkiyənin Rusiyadan S-400 raketləri almasına cavab olaraq Ankaraya F-35 qırıcılarının verilməsinin bloklanmasına çalışırlar.

(Azadliq radiosu)