XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 15:54

“Kadırov məni öldürtdürmək istəyir” – Keçmiş Baş nazirdən şok açıqlama

kasyanovRusiyanın keçmiş Baş naziri Mixail Kasyanov Ramzan Kadırovun onun haqqında hazırladığı videoya münasibət bildirib.

Mixail Kasyanov bunu özünə qarşı sui-qəsdə hazırlıq kimi dəyərləndirir.

Kasyanov rəhbəri olduğu PARNAS hərəkatının daha bir liderinin də zəhərlənməsinə diqqət çəkərək bildirib ki, bu da Kadırovun işidir. Bundan başqa, Kasyanov Moskvada qətlə yetirilmiş müxalif lider Boris Nemtsovun ölümündə də bütün izləri Qroznıya aparır.

Xatırladırıq ki, Çeçenistan rəhbəri Ramzan Kadırov sosial şəbəkədəki profilində Mixail Kasyanovun şəklini snayperin hədəfinə alaraq paylaşıb(Ölkə.az).