XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

22 Avqust 2018 - 12:50

Aktrisa Barbara Harris 83 yaşında vəfat edib

ABŞ-ın müzikl və kino aktrisası Barbara Harris 83 yaşında vəfat edib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “The New York Times” qəzeti aktrisanın rəfiqəsinə istinadla məlumat yayıb.

Ağciyər xərçəngindən əziyyət çəkən aktrisa Arizona ştatının Skotsdeyl şəhərində vəfat edib.

Barbara Harris 1965-ci ildə “Min kloun” filmində debüt edib və “Qızıl qlobus” mükafatına namizədliyi irəli sürülüb. 1967-ci ildə “Alma ağacı” müziklindəki rolu ona ABŞ teatrı sahəsində nailiyyətlərinə görə “Toni” mükafatını qazandırıb.