XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

22 Avqust 2018 - 19:12

KİV:"Ukrayna IMF-dən əlavə yardım istəyəcək"

Ukrayna Beynəlxalq Valyuta Fondundan (IMF) əlavə 10 mlrd. ABŞ dolları məbləğində yardım istəyəcək.

“Report” xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı yayıb.

Məlumatda deyilir ki, gələn ay IMF-in missiyası Kiyevə səfər edəcək və tərəflər Ukraynaya növbəti yardım proqramı barədə müzakirələr aparacaq. Bununla bağlı qərarın 2019-cu il mart ayından, yəni hazırda qüvvədə olan yardım proqramının icrası başa çatdıqdan sonra qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, indiki proqram çərçivəsində Ukrayna IMF-dən 8,7 mlrd. dollar yardım alıb.