XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 16:53

İran XİN:“Avropa Birliyi, Rusiya və Çin ABŞ-ın bizə qarşı rəftarına təsir edə bilər”

 “ABŞ prezidenti tək başına istədiyini ona görə həyata keçirə bilmir ki, müxtəlif ölkələr və ayrı-ayrı baxış tərzləri ilə üz-üzədir”.Strateq.az İRİB-ə istinadən bildirir ki, bu sözləri İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qasimi bu gün İRİB-ə verdiyi açıqlamada deyib: “Nüvə sazişindən çıxmasından sonra  ABŞ prezidenti Donald Trampın siyasəti  daha artıq təcrid vəziyyətindədir. Ona görə ki, ABŞ məsləhətləşmədən, BMT qətnamələrinə və öz müttəfiqlərinin mövqelərinə etina etmədən beynəlxalq öhdəliyi pozdu”. 

XİN sözçüsü deyib ki, digər ölkələrin, xüsusi ilə Avropa Birliyi ölkələrinin siyasəti beynəlxalq əlaqələrə təsirli olacaq və müəyyən həddə Trampın siyasətini mötədilləşdirə, onu bu günkü dünyanın, Orta Şərqin,  qərbi Asiya və İranın reallıqları ilə tanış edə bilər.

Qasimi Amerika alimləri və ABŞ dövləti arasındakı münasibətlərə ciddi şəkildə yenidən baxılmasının vacibliyini vurğulayaraq deyib: “Digər ölkələr, xüsusi ilə Avropa Birliyi, Rusiya, Çin Amerikanın İrana qarşı rəftarına təsir edə bilər”.