XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 20:42

Poroşenko Ukrayna xalqını belə təbrik etdi:"Satqınlıq yox, sülh olacaq”

Ukrayna Prezidenti Pyotr Poroşenko Ukraynada suverenliyin itirilməməsi hesabına sülhün bərqərar olacağına söz verib.

“RİA Novosti” xəbər verir ki, dövlət başçısı bunu Dneprdə keçirilən Dövlət Bayrağı Günü ilə bağlı keçirilən tədbirdə bildirib.

“Biz sülhdən başqa heç nə istəmirik və heç bir xalq da sülhü bizim qədər istəmir. Sülh mütləq olacaq, amma bu suverenliyimizin itirilməsi hesabına baş verməyəcək. Satqınlıq yox, sülh olacaq”, – deyə Poroşenko söyləyib.

Onun sözlərnə görə, bunu Ukrayna xalqının birliyi və döyüşkən Ukrayna ordusu bacara bilər/Teleqraf.com.