XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 23:10

Pompeo Stiv Bigeni KXDR üzrə xüsusi nümayəndə təyin etdi:"Bütün imkanlardan istifadə etməliyik"

ABŞ dövlət katibi Mayk Pompeo Stiv Bigeni KXDR üzrə xüsusi nümayəndə təyin edib.

Bu barədə M.Pompeo Dövlət Departamentində jurnalistlərə bildirib.

S.Bigen öz növbəsində bildirib ki, KXDR-lə problemlərin həlli çətindir:

“Prezident imkan yaradıb və biz Şimali Koreyanın sülhlü gələcəyi üçün bütün imkanlardan istifadə etməliyik. Bu, Şimali Koreyanın tam denuklearizasiyasından başlamalıdır”.

Qeyd edək ki, Stiv Bigen daha əvvəl “Ford” avtokonserninin beynəlxalq ictimai əlaqələr üzrə vitse-prezidenti olub/Trend.