XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

01 Fevral 2016 - 21:06

İranın 100 milyarddan çox pulu qaytarılıb

iran-bayraq1-300x201İran nüvə proqramına görə xaricdə dondurulmuş 100 milyard dollardan çox aktivlərinin qaytarıldığını bildirir. Hökumətin sözçüsü Mohammad Bagher Nobakht fevralın 1-də bu vəsaitlərin əksəriyyətinin Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyə banklarında olduğunu və hazırda buraxıldığını bildirib.

O, qeyd edib ki, İran bu pullara xaricdən mal alacaq.

İrana qarşı sanksiyalar nüvə proqramına görə tətbiq edilmişdi. (azadliq.org)

İran Mərkəzi Bankının rəsmisi Nasser Hakimi isə hazırda 9 İran bankının xarici əməliyyat və köçürmələrə açıq olduğunu deyir. Qeyd edək ki, yanvarın 16-da İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb. Tehran bundan sonra İtaliya və Fransa ilə çoxmilyardlıq sazişlər imzalayıb.