XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 09:45

Britaniya İrana təyyarə uçuşlarını dayandırır –Gələn aydan bütün reyslər bağlanacaq

  

Britaniyanın “British Airways” hava yolları şirkəti “uçuş əməliyyatları hazırda kommersiya baxımından sərfəli olmadığına” görə gələn aydan İrana reysləri bağlayacağını bəyan edib.

Londondan Tehrana son uçuş sentyabrın 22-də həyata keçiriləcək və bunun ertəsi gün həmin təyyarə Britaniya paytaxtına qayıdacaq. “British Airways” Tehrana birbaşa uçuşları 2016-cı ilin sentyabrında bərpa etmişdi. Həmin vaxt, 2015-ci il nüvə sazişinin imzalanmasından sonra İranın Qərb ölkələri ilə münasibətləri qalxan xətlə inkişaf edirdi.

Birbaşa uçuşlar bundan əvvəl 2012-ci ildə Tehranla Qərb arasında münasibətlərin pisləşməsinə görə dayandırılmışdı. İranın Londondakı səfiri Hamid Baeidinejad Twitter postunda yazıb ki, “tələbatın yüksək olmasına” baxmayaraq uçuşların dayandırılması “təəssüf” doğrur.

Ötən ay Hollandiyanın KLM şirkəti sentyabrın 24-dən İrana uçuşları dayandıracağını elan etmişdi. KLM də buna səbəbin “kommersiya üzrə neqativ nəticələr” olduğunu bildirib.

British Airways şirkətinin Tehrana uçuşları ləğv etməsindən bir neçə ay əvvəl ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların 2015-ci ilin sazişindən çıxdığını və Tehran üzərinə sanksiyaların bərpa olunacağını bəyan etmişdi.

Britaniya və başqa Avropa ölkələri öz şirkətlərini ABŞ-ın mümkün sanksiyalarından çəkilə biləcək zərərdən qorumağa çalışırlar. Avropa İttifaqı İranla biznesi davam etdirəcəyini bildirsə də, bir çox özəl şirkətlər İranı tərk etməyə başlayıb. (Azadlıq Radiosu)