XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 16:16

Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşü nə vaxt keçiriləcək? –Lavrovdan açıqlama

Rusiya, İran və Türkiyə liderlərinin Tehran görüşünün tarixi yaxın vaxtlarda açıqlanacaq.

Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. S.Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşünün yekunu üzrə mətbuat konfransında qeyd edib: “Liderlərin görüşünün tarixi müəyyən edilib, yaxın vaxtlarda açıqlanacaq”.

Sammitin gündəliyinə gəlincə, Rusiya XİN rəhbəri bildirib ki, “çox güman ki, bu, bütün kompleks məsələlər olacaq”. Bundan əvvəl Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın demişdi ki, Rusiya, Türkiyə və İran prezidentlərinin Suriya üzrə sammiti sentyabrın əvvəlinə planlaşdırılıb.