XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 18:10

Trampın  müşaviri Avropanı Rusiya layihəsinə alternativ axtarmağa çağırıb :“Sizi asılı hala salır”  

 

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Trans Adriatik Boru Kəməri (TAP) layihəsinin əhəmiyyətindən danışıb.

“Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, Kiyevdə brifinqdə danışan C.Bolton deyib ki, Avropa “Şimali axın-2” qaz kəməri ilə özünü Rusiya enerji daşıyıcılarının idxalından daha da asılı edir və bunu “könüllü olaraq edir”.

O, həmçinin “Şimali axın-2” layihəsinin tamamlaması ilə Ukraynanın “riskli zonaya” düşəcəyini vurğulayıb. Müşavir qeyd edib ki, bu mənada Ukrayna və Avropa üçün alternativ çıxış əlavə mənbələrin axtarışı ola bilər.

Bu müstəvidə C.Bolton Trans Adriatik Boru Kəmərindən danışıb və bildirib ki, bu layihə Azərbaycandan mavi yanacağın İtaliyaya çatdırılmasını təmin etməkdə kömək edəcək.