XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

25 Avqust 2018 - 12:46

Məşhəd şəhərində üç yaşayış evi uçub- Ölənlər var

İranın şimal-şərqində, Məşhəd şəhərində üç yaşayış evinin uçması nəticəsində 10 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Bu barədə “Report” “Ria Novosti”yə istinadən xəbər verir.

Yerli yanğınsöndürmə xidmətinin təmsilçisi Mehdi Rezayi bildirib ki, hadisə nəticəsində on nəfər həlak olub, beş yaralı xəstəxanaya yerləşdirilib.

Rezayinin sözlərinə görə, 15 qonşu binaya ciddi ziyan dəyib.

Yerli KİV-in məlumatına görə, insident səhər saatlarında baş verib, binaların uçmasına səbəb suqızdırıcı qazanın partlaması olub.