XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 12:51

Türkiyədə ABŞ səfirliyinin atəşə tutulması ilə bağlı təhqiqat davam edir- Daha 2 nəfər həbs edilib

ABŞ-ın Ankaradakı səfirliyinin binasının atəşə tutulması ilə bağlı təhqiqat çərçivəsində daha 2 nəfər həbs edilib.

“Report” xəbər verir ki, bu barədə “Hürriyyet” Türkiyənin hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Bununla da, həmin hadisə ilə bağlı saxlanılanların sayı 4 nəfərə çatıb. Bildirilir ki, şübhəlilər polis tərəfindən sorğu-sual edilir.

Hadisə bazar ertəsi günü, yerli vaxtla səhər saat 5:30-da baş verib. Atatürk bulvarına ağ rəngli avtomobillə gələn naməlum şəxslər ABŞ səfirliyinə 6 dəfə atəş açıblar. Hadisə zamanı heç kim xəsarət almayıb.