XƏBƏR LENTİ

28 Sentyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 15:50

İranda zəlzələ qurbanlarının sayı artır- 2 ölü, 241 yaralı

İranda baş vermiş zəlzələ zamanı ölənlərin və xəsarət alanların sayı artıb.

“Report”un məlumatına görə, bu barədə “Reuters” xəbər verib.

Xəbərdə bildirilir ki, təbii hadisə zamanı 241 nəfər xəsarət alıb. Bundan əlavə, daha 2 nəfər zəlzələnin qurbanı olub.

Qeyd edək ki, İranın İraqla sərhədi yaxınlığında 6,1 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Kirmanşah şəhərinin 87,8 km-də qeydə alınıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.