XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 19:52

Şinzo Abe Yaponiyanın hakim partiyasının lideri vəzifəsinə namizədliyini irəli sürüb

Yaponiyanın Baş naziri Şinzo Abe qarşıdakı seçkilərdə hakim Liberal Demokratik Partiyanın (LDP) sədri vəzifəsinə namizədliyini irəli sürüb.

Azərtac xəbər verir ki, avqustun 26-da Şinzo Abe bununla bağlı rəsmi bəyanatla çıxış edib. Gələn ay keçiriləcək seçkilərə qatılmaq üçün namizədliyini irəli sürən Baş nazir bildirib ki, o, ölkə əhalisinin və həmpartiyalılarının etimadını doğrultmağa çalışacaq.

Sentyabrın 20-də keçiriləcək seçkilərdə LDP-dən olan 810 deputat iştirak edəcək. Qalibin adı səs çoxluğu ilə müəyyən ediləcək. Ş.Abenin yenidən qalib gələcəyi yerli müşahidəçilərdə qətiyyən şübhə doğurmur. Kyodo agentliyinin apardığı son sorğunun nəticələrinə görə, LDP-dən olan deputatların təqribən 70 faizi Ş.Abenin namizədliyini dəstəkləyir.

Ş.Abe qalib gələcəyi təqdirdə o, 2021-ci ilədək hökumətə başçılıq etmək imkanını saxlayacaq. Baş nazirin tərəfdarları öz çıxışlarında iqtisadi islahatları davam etdirmək və 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarını təşkil etmək üçün ona imkan verilməsini tələb edirlər.