XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

26 Avqust 2018 - 21:20

Tramp senator Con Makkeynin dəfn mərasimində iştirak etməyəcək- ABŞ administrasiyasını Maykl Pens təmsil edəcək

ABŞ prezidenti Donald Tramp respublikaçı-senator Con Makkeynin dəfn mərasimində iştirak etməyi planlaşdırmır.

Azərtac xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti respublika partiyasından olan iki mənbəyə istinadla məlumat yayıb.

Onların sözlərinə görə, sabiq prezidentlər Corc Buş (oğul) və Barak Obamadan Makkeynin dəfn mərasimində çıxış etmək xahiş olunub. İlkin planlaşdırmaya əsasən, Tramp administrasiyasını dəfn mərasimində vitse-prezident Maykl Pens təmsil edəcək.

Donald Tramp 2016-cı ildə öz seçkiqabağı kampaniyası zamanı senatoru təhqir etmiş və onun qarşısında üzr istəməkdən açıq şəkildə boyun qaçırmışdı. Seçicilərlə görüşlərin birində Tramp demişdi ki, Makkeyni ümumiyyətlə qəhrəman saymır. Çünki o, vyetnamlılara əsir düşmüşdü.

“Vaşinqton Post” qəzetinin yazdığına görə Tramp bu sözlərinə görə indi də təəssüflənmir.

Xatırladaq ki, Con Makkeyn şənbə günü 81 yaşında vəfat edib. O, Annapolis şəhərində (Merilend ştatı) dəfn olunacaq. Dəfn mərasiminin vaxtı hələlik müəyyənləşməyib.