XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 20:40

Türkiyə və ABŞ diplomatları bir araya gəldi –Münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparılır

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar.

Trend-in məlumatına görə, iki ölkə arasında münasibətlərin müzakirəsi üçün bu gün amerikalı diplomatlar Ankaraya gəliblər. Bəzi yerli KİV-lər danışıqlar zamanı Türkiyənin Rusiya istehsallı S-400 zenit-raket kompleksi alması məsələsinin də müzakirə olunduğunu yazır.

Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.