ABŞ-ın Türkiyədəki səfirliyinin atəşə tutulması ilə törədilən təxribatda FETÖ/PYD terror təşkilatının izi ortaya çıxıb.
Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, hazırda bu məsələ ilə bağlı həbs olunanların sayı 5 nəfərə çatıb.
Saxlanılanlardan Osman Gündaşın işlədiyi şirkətin rəhbərinin FETÖ/PYD terror təşkilatları ilə əlaqəsi ortaya çıxıb. Həmin adam və Osman Gündaşı silahla təmin edən şəxs də həbs olunanlar arasındadır.