Çinə məxsus “China Southern” aviaşirkəti 2 illik fasilədən sonra yenidən Türkiyəyə uçuşları bərpa edir.
Azərtac “airporthaber.com”a istinadla xəbər verir ki, aviaşirkət 2016-cı ildən dayandırdığı Türkiyəyə səfərləri dekabrın 20-dən bərpa etmək niyyətindədir.
“China Southern” həftədə 3 dəfə Pekin-İstanbul-Pekin aviareysini yerinə yetirməyi planlayır. Uçuşlar “Airbus A330” təyyarələri ilə həyata keçiriləcək.