XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2016 - 17:05

Rus nəşri: Putin Ərdoğanı özünə şəxsi düşməni sayır –Təhlil

300x200_337578Ankara Rusiyanı Suriya münaqişəsinin nizamlanması siyahısından çıxdaş etməyə tələsir. Heç bir il keçməmiş ABŞ-da yeni prezident seçəcəklər. Siyasəti isə öncədən xəbər vermək hələlik çətindir. Bəs yeni prezident birdən Suriyada birgə Amerika-Rusiya hərbi bazası yaratsa?

Türkiyə Bəşər Əsədə dəstək üzrə Suriya əməliyyatına qatılmış Rusiya təyyarəsinin türk hava məkanına soxulması ilə bağlı yeni qalmaqal törədib. Eyni zamanda xüsusi qeyd olunur ki, dövlət sərhədinin keçilməsini təkcə Türkiyənin deyil, həm də NATO-nun radarları qeydə alıb. ABŞ daxil olmaqla NATO üzrə müttəfiqlər bu dəfə dərhal türklərin tərəfini saxladı. Pentaqon Ankaranın versiyasını rəsmən təsdiqləməyə tələsdi.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun bildirdiyi kimi, Su-34-ün uçuşu haqda məlumatı artıq Rusiya hərbçilərinə ötürüblər. Yeri gəlmişkən, səciyyəvidir ki, türk nazir bunu Rusiya ilə qarşıdurmada faktiki olaraq Türkiyənin müttəfiqi kimi çıxış edən Səudyyə Ərəbistanında məbuat konfransında açıqlayıb.

Xoşbəxtlikdən, rəsmi Ankara bu dəfə Rusiya hərbi təyyarəsinin  vurulması əmrini vermədi. Çavuşoğlunun sözlərinə görə, Türkiyə hökuməti Moskvadan gözləyir ki, hava məkanının pozulması faktını etiraf edəcək və münasibətlərin normallaşmasına ümid edir. Axı keçən dəfəki sərhəd toqquşması bununla başa çatdı ki, Rusiya təyyarəsi raketlə məhv edildi, xilasa cəhd edən pilotlardan biri isə öldürüldü. Yeni münaqişə isə hələlik istisnasız olaraq diplomatikdir, həlak olan, yaralanan yoxdur. Lakin təəssüf ki, əhvalat hələ tükənməyib. Türkiyə HHQ tam döyüş hazırlığı durumuna gətirilib.

Rusiyanın verdiyi asimmetrik cavab da sonrakı güclənmədən əndişələnməyə imkan verir. “Коммерсант” qəzetinin məlumatına görə, Rusiya xüsusi xidmətləri gözlənilmədən aşkarlayıb ki, Rusiyanın “Koqalımavia” şirkətinə məxsus və Misirdən uçan Airbus A312 avialaynerinin Sinay üzərində partladılmasında Türkiyənin “Boz qurdlar” radikal millətçi təşkilatının üzvləri dura bilər. Həm də FTX iddia edir ki, onlar guya İŞİD-lə əlaqədədirlər.

“Boz qurdlar”a dərhal Çeçenistan müharibəsində “İçkeriya” döyüşçülərinin tərəfində vururşduqlarını da xatırlatmağa tələsdilər. Həmçinin qeyd olunur ki, Rusiya xüsusi xidmətlərinin məlumatına görə, türk millətçi təşkilatının liderlərindən biri – 32 yaşlı Alparslan Çəlik türk qırıcısının vurduğu Rusiya bombardmançısından atılan Rusiya pilotlarından birinin güllələnməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Ankara bu informasiyanı şərh etməyə tələsmir, çünki Rusiya tərəfdən rəsmi sorğu olmayıb. Lakin bu versiyanın meydana çıxması faktının özü bildirir ki, Moskva Türkiyə prezidenti Ərdoğanın rejimi ilə barışığa getmək niyyətində deyil. Türkiyə HHQ Rusiya bombardmançısını vurduqdan sonra yayılmış versiyalardan birinə görə, Rusiya prezidenti qənaətə gəlib ki, türk həmkarı onun şəxsi düşməni oldu, ona görə də Ərdoğanla, necə deyərlər, qələbəli sonluğa qədər mübarizə aparmaq istəyir.

Bu əhvalatın açılışı Vaşinqtonda hakimiyyət dəyişimindən sonra başlana bilər. Az adam fikir verir ki, təkcə Suriya yox, həm də Türkiyə ABŞ-da seçkiöncəsi prezident kampaniyasının mövzusuna çevrilib. Xüsusən də hələlik dövlət başçısı postuna ən populyar namizədlərdən biri, Demokratik partiyanın təmsilçisi və ABŞ Dövlət Departamentinin keçmiş başçısı Hillari Klinton yunan diasporunun dəstəyini əldə etməkdən ötrü Ərdoğanın ünvanına yetərincə kəskin şəkildə danışır. Klinton Ankaraya tanınmamış Quzey Kipr Türk Respublikası problemini də xatırladıb bildirir ki, trük ordusu Kipri tərk etməli, adanın yunan və türk icmaları isə Ankaranın istədiyi kimi iki müxtəlif dövlət kimi yox, AB-nin tərkibində vahid ölkə kim barışmalıdır. Və nəhayət, Türkiyənin NATO-dakı bölgəsəl liderlik mövqeləri şübhə altına alınıb.

Bu Ankara üçün ABŞ-ın Rusiya ilə mümkün ittifaqa qədər Suriya üzrə mövqeyinin dəyişməsini ifadə edə bilər. Yəni Türkiyənin bu bölgədə bütün nüfuzunun itməsini, ya da onun yeni böyük koalisiyanın tərkibinə daxil olmasını. Ərdoğan rejimi buna qəti şəkildə yol vermək istəmir. Ona görə də istisna olunmur ki, məhz ABŞ-dakı seçkilər Türkiyəni Rusiya ilə münasibətləri kəskinləşdirməyə məcbur edən stimuldur və Amerikada yeni prezident seçilənədək Rusiyanın Suriyadan tezliklə getməyinə nail olmağa cəhd edir.

 

İvan Preobrajenski

Rosbalt.ru (Rusiya), 02.02.2016