XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 15:05

Putin:"Rusiyada qadınlar 60 yaşında pensiyaya çıxmalıdırlar"

Rusiyada qadınlar 63 deyil, 60 yaşında, kişilər isə 65 yaşında pensiyaya çıxmalıdırlar.

Trend-in məlumatına görə, bunu RF Prezidenti Vladimir Putin vətəndaşlara telemüraciətində deyib.

O qeyd edib ki, qanun layihəsində qadınların pensiya yaşını 8 il, yəni 63 yaşadək artırmaq təklif olunur, kişilər üçün bu hədd 5 il çoxalır: “Belə olmaz, bu, düzgün deyil. Bizim ölkəmizdə qadına xüsusi münasibət var. Biz başa düşürük ki, onlar yalnız əsas iş yerində çalışmır, həm də bütün ev, ailənin qayğısı, uşaqların tərbiyəsi, nəvələrlə məşğul olmaq da onların üzərinə düşür. Qadınlar üçün pensiya yaşı kişilərdən çox artırılmamalıdır”.

Buna görə də V.Putin hesab edir ki, qadınların pensiya yaşını 8 il deyil, 5 il artırmaq olar.